cümə axşamı 12 mart 2026 - 15:41
Ayətullah Kəbinin, həzrət Ayətullah Müctəba Xameneinin ümmətə rəhbər seçilməsi ilə bağlı açıqlaması

Xubriqan Məclisinin Rəyasət Heyəti geniş müzakirə və yüksək səviyyəli ekspert təhlili əsasında, heç bir cinahın, qrupun, cərəyanın və ya qurumun təsiri altında qalmadan, öz şəri və hüquqi vəzifəsinə uyğun olaraq, rəsmi və fövqəladə iclasda 91 faiz səs çoxluğu ilə İslam İnqilabının üçüncü rəhbərini vəfalı İran xalqına və bütün İslam ümmətinə təqdim etdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü və Qum Elmi hövzəsinin Müəllimlər Birliyinin sədr müavini Ayətullah Abbas Kəbi, Xubriqan Məclisinin gecə saatlarında keçirilən iclası zamanı həzrət Ayətullah Seyid Müctəba Xameneinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri, eləcə də müsəlmanların vəliyi-fəqihi kimi seçilməsi barədə açıqlama verib. Həmin açıqlamanın tam mətni aşağıdakı kimidir:

Uca Allahın yardımı ilə Xubriqan Məclisinin Rəyasət Heyəti ixlasla dolu dini bir mühitdə, eləcə də Allahın xüsusi lütf və inayətinin kölgəsində və İmam Zamana (ə.f) xüsusi təvəssül edərək, qürbətən-ilallah niyyəti ilə dərin düşüncə, geniş müzakirə və yüksək səviyyəli ekspert araşdırmaları əsasında, heç bir cinahın, qrupun, cərəyanın və ya qurumun təsiri altına düşmədən, həmçinin şəri və qanun baxımından öz vəzifəsinə əsaslanaraq, İran İslam Respublikasının konstitusiyasının 107-ci, 109-cu və 5-ci maddələrində qeyd olunan xüsusiyyətlərin həzrət Ayətullah Müctəba Xameneinin (Allah onu qorusun) müdrik şəxsiyyətinə uyğun gəldiyini müəyyən edərək rəsmi, fövqəladə və əyani iclasda iştirak edən üzvlərin üçdə ikisindən çoxunun iştirakı ilə düşmən təhdidləri və təhlükəli şəraitə, eləcə də qan və şəhadət mühitinə baxmayaraq, 91 faiz səs toplayaraq İslam İnqilabının üçüncü rəhbəri, eləcə də İran İslam Respublikasının dövlət sisteminin rəhbəri kimi fədakar və İmam Hüseyn (ə) eşqi ilə yaşayan İran xalqına, eləcə də İslam müqavimətinə və İslam ümmətinə təqdim etdi. Bu qərar dərhal xalqın, müqavimət qüvvələrinin, ümmətin və müxtəlif ictimai təbəqələrin geniş beyəti və alqışı ilə qarşılandı.

Bu ixlasla qəbul edilmiş qərar İslam İnqilabının davamlılığını, silahlı qüvvələrin qələbəsini və düşmənləri ümidsizliyə salan strateji bir addım olacaqdır.

Qədr gecəsinə təsadüf edən, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin seçilməsi prosesi son dərəcə əhəmiyyətlidir. Hadisələrin əhatəsi çox geniş olduğundan, onları qısa mətn çərçivəsində tam şəkildə təsvir etmək mümkün deyil.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha